Futbol üzrə İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınmış bir oyun keçirilib.
Fanat.Az xəbər verir ki, "Brayton" “Tottenhem”i, mərkəzi oyunda isə "Arsenal" “Liverpul”u qəbul edib.
Hər iki oyun qonaqların inamlı qələbəsi ilə başa çatıb. "Liverpul" bu qələbə sayəsində xallarını 69-a çatdıraraq lider "Mançester Siti" ilə xal fərqini minimuma endirib. "Tottenhem" isə bir pillə irəliləyərək 7-ci pilləyə yüksəlib.
İngiltərə Premyer Liqası
16 mart
16-cı turun oyunu
Brayton - Tottenhem 0:2
Qollar: Romero, 37, Keyn, 57
27-ci turun oyunu
Arsenal – Liverpul 0:2
Qollar: Jota, 54, Firmino, 62