"Vest Hem" klubunun baş məşqçisi Devid Moyes komandanın yarımmüdafiəçisi Andrey Yarmolenkonun Avropa Liqasındakı çıxışını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "Sky Sports" yaşlı mütəxəssisin ukraynalı futbolçu barədə dediklərini belə çatdırıb: “Son iki oyunda o, iki vacib qol vurub. Onun ustalığına şübhəm yoxdur. Andrey həqiqətən yaxşı futbolçudur və həmişə belə olub. Onun oyunumuza verdiyi töhfədən, komandaya kömək etməsindən məmnunuq”.
Xatırladaq ki, "Vest Hem" AL-in 1/8 final mərhələsində "Sevilya" klubunu yarışdan kənarlaçdıraraq növbəti mərhələyə adlayıb. İngiltərə təmsilçisi 1/4 finalda "Lion" klubu ilə qarşılaşacaq.