"Barselona"nın braziliyalı müdafiəçisi Dani Alves Pedrinin klubdakı çıxışını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, ESPN 38 yaşlı futbolçunun dediklərini belə çatdırıb:
“Qayıtdıqdan sonra məni ən çox Pedri təəccübləndirdi. O, ağıllıdır və mənə Xavini xatırladır. O, başqalarının görmədiyini görməyə qadirdir”.
Xatırladaq ki, UEFA AL-in 14 finalında "Barsa" Almaniyanın "Ayntraxt" klubu ilə qarşılaşacaq.
Emin