Madrid "Real"ının müdafiəçisi Daniel Karvaxal "Barselona" ilə oyundan gözləntilərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" 30 yaşlı futbolçunun dediklərini belə çatdırıb: "Qapını toxunulmaz saxlamağa çalışacağıq, lakin çətin olacaq, çünki onların hücum potensialı yüksəkdir. Onlar öndə Obameyanq, Traore və Torresdən istifadə edə bilirlər. Bununla belə, top onlardan alınarsa, “Barselona”nın işi çətin olacaq".
Xatırladaq ki, "Real Madrid" - "Barselona" qarşılaşması sabah, Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək.
Emin