PSJ-nin hücumçusu Neymar karyerasını "Nyukasl"da davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
30 yaşlı braziliyalı futbolçu Lionel Messi ilə birlikdə bu yaxınlarda, konkret, "Bordo" ilə oyunda parisli azarkeşlər tərəfindən fitə basmışdı. Bu hadisədən sonra Neymar "Barselona"ya oğlunun yanına gedib.
Daha sonra hücumçunun PSJ-dən ayrılmağı düşündüyü haqda məlumatlar yayılıb.