FİFA Ukraynaya humanitar yardım göndərib.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
FİFA-nın Xeyriyyə Fondu ümumilikdə 1 milyon dollar ayırıb. Yardımın bir hissəsi artıq Ukrayna Futbol Assosiasiyasına (UAF) çatdırılıb.
“Biz üzərimizə düşəni etmək və Ukraynadakı insanlara dəstək olmaq istəyirik. FİFA Xeyriyyə Fondu Ukraynaya lazımi yardımı göstərməyə hazırdır”, - deyə qurumun prezidenti Canni İnfantino bildirib.