"Real Madrid" İspaniya La Liqasının 29-cu turu çərçivəsində "Barselona" ilə qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, "Kral klubu"nun baş məşqçisi Karlo Ançelotti "El Klasiko" öncəsi mətbuata açıqlama verib.
"Marca" 62 yaşlı mütəxəssisin dediklərini belə çatdırır: “Barselona"nın xarakteri heç vaxt dəyişmir, çünki klubun fərqli üslubu var. Xavi bu üsluba çox uyğun gəlir və onun rəhbərliyi altında komanda xeyli təkmilləşib. Onlar yaxşı oynayan komandadır. Düşünürəm ki, Xavi yaxşı iş görüb. Məncə, futbol bir üslubdan ibarət deyil. İstəyirəm ki, mənim komandam fərqli üslubda oynasın. Mən həmişə oyunçularımın özlərini rahat hiss etdiyi üslubdan istifadə etməyə çalışmışam”
Qeyd edək ki, , "Santyaqo Bernabeu"dakı matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Emin