Rusiyanın “Ximki” klubunun Müşahidə Şurasının üzvü Roman Teryuşkov üç əcnəbi futbolçunun komandadan ayrılmasını şərh edib.
Fanat.Az xəbər verir ki, "SVPressa" klub rəsmisinin dediklərini belə çatdırır: “Viana, Lamkel Ze və Dagerstol kimi bir sıra əsas oyunçularımızı itirdik. Amma problem deyil, istədiyimiz kimi gənc oyunçularımıza arxalanacağıq. Legionerlər futbolumuza ziyan vurur. Bizim üçün onların gedişi çox ani oldu. Hər hansı mümkün gedişlər barədə danışmadılar".
Düşünürəm ki, onlar "Ximki"yə qayıtmayacaqlar. Biz bilirik ki, bu addımın səbəbi idmanla heç bir əlaqəsi olmayan siyasətdir”.
Xatırladaq ki, 18 xala malik olan "Ximki" Rusiya Premyer Liqasının autsayderidir.
Emin