"Bayern Münhen"in qapıçısı Manuel Noyer veteran əlcək ustası Oliver Kanın rekordunu qırıb.
Fanat.Az xəbər verir ki, 35 yaşlı qolkiper buna "Union Berlin"a 4:0 hesabı ilə qalib gəldikləri matçda nail olub.
Qapıçı Manuel Noyer Bundesliqada keçirdiyi 460-cı matçda 311-ci qələbəsini qazanıb və yeni rekord müəyyənləşdirib.
Bununla da, Noyer “Bayern Münhen”in sabiq qapıçısı Oliver Kanın nailiyyətini (557 oyunda 310 qələbə) üstələyib.
Emin