Rusiyanın MOİK klubunun yarımmüdafiəçisi Yusuf Yazıcı RPL-in 22-ci turunda het-trik etdiyi “Rubin”lə oyundan (6:1) danışıb.
Fanat.Az xəbər verir ki, FNK saytı Türkiyə millisinin futbolçusunun dediklərini belə çatdırır:
"Meydançaya çıxanda komanda uğrunda hər şeyimi ortaya qoymağa çalışıram. Baş məşqçi məni hara qoysa, orda oynayacam. Mən komandaya kömək etmək istəyirəm. Ona görə də seçim etmirəm, məşqçinin göstərişlərinə qulaq asıram".
Qeyd edək ki, MOİK 42 xalla Rusiya çempionatının 3-cü pilləsində qərarlaşıb.
Emin