Uruqvay millisinin və "Mançester Yunayted"in hücumçusu Edinson Kavani bu yay "İnter"lə müqavilə imzalaya bilər.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 35 yaşlı futbolçunun "qırmızı şeytanlar"la müqaviləsi 3 aydan sonra başa çatdığı üçün azad agent kimi "neradzurra"ya keçəcək.
Milan təmsilçisi Kavanini Aleksis Sançesin mümkün əvəzləyicisi kimi görür.
Emin