2017-ci ildə "Fiorentina"dan 40 milyon avroya "Yuventus"a keçən Federiko Bernardeski klubunu azad agent statusu ilə tərk edə bilər.
Fanat.Az xəbər verir ki, 5 illik müqaviləsi yayda başa çatacaq futbolçu "Yuventus" bossları ilə anlaşmağa çalışsa da, danışıqlar dalana dirənib. Bernardeski illik təxminən 4 milyon avro məvacib istəyir. "Yuventus" isə ona milyon yarım avro daha az məbləğ təklif edir. İyunun sonuna qədər razılaşmasalar, Bernardeski azad agent olacaq.
Xatırladaq ki, bazar ertəsi "Yuventus" müqaviləsi bu il iyunun 31-də bitəcək digər ulduzu Paul Dibala ilə əməkdaşlığı davam etməməyə qərar verib.