Braziliyalı Rafinyo "Barselona"nın yeni oyunçusu olacaq.
Fanat.Az xəbər verir ki, Kataloniyanın “Sport” qəzeti “Lids”in cinah oyunçusunun artıq “Barselona” ilə müqavilə imzalamağa razılaşdığını və bunun tezliklə açıqlanacağını bildirib.
Rafinyonun müqaviləsindəki satın alma bəndinin 70 milyon avro olduğu bildirilir. Lakin "Lids" və "Barselona" 35 milyon avro dəyərində transfer barədə razılığa gələ bilib.
Nəşrin iddiasına görə, braziliyalı "Barselona"da oynamaq və Xavinin layihəsinin bir hissəsi olmaq istədiyi üçün "Liverpul" və "Bayern Münhen"in təkliflərini rədd edib. Rafinya bu mövsüm "Lids"də 29 oyunda iştirak edib. O, 9 qol vurub və üç məhsuldar ötürmə edib. O, keçən yay 18,6 milyon avroya "Renn"dən İngiltərəyə gəlib.