"Fulhem"in gənc yarımmüdafiəçisi Fabiu Karvalyu bu yay "Liverpul"a keçməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Times" yayıb.
Mənbə "qırmızılar"ın 19 yaşlı ulduzla bu qış müqavilə bağlamaq istədiyini, ancaq qış transfer pəncərəsi bağlanana qədər keçidi reallaşdıra bilmədiyini vurğulayıb.
Karvalyunun "Fulhem"lə olan müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. Yürgen Kloppun sərəncamında görmək istədiyi portuqaliyalı futbolçunun "Liverpul"a azad agent qismində heyətə qoşulmaq ehtimalı olduqca yüksək qiymətləndirilir.
Nihat