Futbol üzrə Argentina millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, doğma meydanda Venesuela ilə qarşılaşan argentinalılar böyük hesabla qalib gəlib - 3:0.
Argentinanın heyətində Qonzales, Di Mariya və Lionel Messi fərqlənib.
Bu qələbə sayəsində xallarını 38-ə yüksəldən Argentina millisi turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Venesuela 10 xalla 10-cudur. Turnir cədvəlinə 42 xalla Braziliya millisi başçılıq edir.