“Qarabağ”ın Kabo Verdedən olan legionerlərinin - Leandro Andrade və Patrik Andradenin çıxış etdiyi milli yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, kabo verdelilər Lixtenşteynlə üz-üzə gəlib və 6:0 hesabı ilə qələbə qazanıb.
Leandro oyuna 56-cı dəqiqədən qoşulub. Patrikin adı isə matçın iştirak ərizəsinə salınmayıb.
Kabo-Verde millisi bundan əvvəl Qvadelupa yığmasını 2:0 hesabı ilə məğlub edib. Həmin matçda Patrik oynamış, Leandonun adı iştirak ərizəsinə salınmamışdı.