Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Milan"ın hücumçusu Zlatan İbrahimoviç: “Bundesliqa ilə maraqlanıram. Orada "Bayern Münhen" kimi bir komanda var. İnanılmaz klubdur. Hər dəfə onlara qarşı oynayanda yüksək səviyyəli şərait, təşkilatçılıq görürsən. Klubun tarixi insana təsir edir. Karyeramda Almaniya çempionatının izinin olmasının istərdim".
Qaret Beylin agenti Conatan Barnett: “Qaret bu yay nə baş verəcəyi barədə heç nə bilmir. Hamısı Uels millisindən asılıdır. Hələ heç kimlə danışmamışıq, iyunda qərar verəcəyik”.
Uelsli hücumçu 2022-ci ilin yayında azad agent olacaq və "Real Madrid"i tərk edəcək. Futbolçu daimi olaraq oynayacağı klub tapmağa çalışır.
"Gazzetta dello Sport": "Milan" "Bolonya"nın şotlandiyalı ulduzu Aaron Hikini transfer etmək niyyətindədir. Futbolçu Teo Hernandesin potensial əvəzedicisi hesab edilir.
PSJ-nin yarımmüdafiəçisi Yulian Draksler: “Klubda vəziyyət elə də yaxşı deyil deyil. Oyun ritmi üçün darıxıram. Mənə daha çox oyun vaxtı lazımdır".
"Express Sport": "Arsenal" və "Çelsi" "Barselona"nın müdafiəçisi Ronald Arauxonu transfer etməyə hazırdır.
"Gazzetta dello Sport": “Nyukasl” və “Tottenhem” "Brügge"nin belçikalı ulduzu Şarl de Ketelare uğrunda mübarizə aparacaq.
"Mundo Deportivo": Koutinyo "Aston Villa"da qalmaq üçün maaşını əhəmiyyətli dərəcədə azaltmağa razıdır.
"Gazzetta dello Sport" nəşri: "Roma" hücumçusu Tammi Abrahamı satmaq fikrində deyil. Roma klubunun baş məşqçisi Joze Mourinyu 24 yaşlı futbolçunu klubun gələcəyi hesab edir.
Baş tutmuş transfer xəbəri:
Kento Haşimoto (28 yaşlı yarımmüdafiəçi)
"Rostov"dan (Rusiya) "Vissel Kobe"yə (Yaponiya) transfer olunub.
“Rostov”la müqaviləsinə xitam verən yapon futbolçu “Vissel Kobe” ilə müddəti 2022-ci ilin yayına qədər olan sözləşmə imzalayıb.
Emin Şəmiyev