Ötən mövsümü "qızıl dubl"la başa vuran, lakin bu mövsüm gözlənilən performansı göstərə bilmədiyi üçün "Beşiktaş"dan ayrılan Sergen Yalçın Acun Ilıcalının dəvəti ilə Dominikə yollanıb.
Fanat.Az xəbər verir ki, təcrübəli məşqçi "Survivor All Star"da təşkil edilən futbol matçında öz bacarığını nümayiş etdirib.
Yarışmaçılarla "Acun Medya" arasında keçirilən qarşılaşmada 49 yaşlı çalışdırıcı Acunun komandasında çıxış edib. "Acun Medya"nın 6:2 hesabı ilə qalib gəldiyi oyunda Sergen 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Acun onu belə təqdim edib: “Türk futbol tarixinin ən önəmli adlarından biri, məşqçilik karyerasında böyük uğurlar qazanan Sergen bizimlə olacaq. Birlikdə futbol oynamaqdan ən çox həzz aldığım insandır”.
Mirağa