Mövsüm başa çatdıqdan sonra Moskva "Spartak"ını 5 legioner tərk edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə "RPL. Russkiy futbol" portalı məlumat yayıb.
Moskva klubunun heç bir legioneri bu yaz klubla müqaviləsinə xitam verməyəcək. Əcnəbi oyunçuların ümumi yığıncağında futbolçular belə bir addımın kluba qarşı hörmətsizlik olacağına qərar veriblər. Lakin 2022-ci ilin yayında legionerlərin bir hissəsi komandanı tərk edəcək.
Samuel Jiqo Fransanın "Olimpik Marsel" klubuna məxsusdur. Hazırda müdafiəçi "qırmızı-ağlar"da icarə əsasında çıxış edir. O, klubdan gedəcəyini deyib.
Moskvalıların icarəyə götürdüyü digər futbolçu - Kristofer Martins də Rusiyada qalmayacaq və öz klubuna qayıdacaq.
Bundan əlavə, Viktor Mozes, Ayrton və Cordan Larsson da komanda ilə vidalaşacaq. Hər üç oyunçuya transfer bazarında tələbat var və karyeralarını davam etdirmək üçün artıq maraqlı təkliflər mövcuddur. “Spartak” da öz növbəsində bu futbolçuların satışından qazanılan pulla klubun büdcəsini artırmağı planlaşdırır.
Emin