"Everton" rəhbərliyi komandanın yarımmüdafiəçisi Dele Allini satmağı planlaşdırır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Mirror" yayıb.
Mənbə 25 yaşlı futbolçunun özünü yaxşı tərəfdən göstərə bilməməsinin həlledici məqam olduğunu vurğulayıb.
"Everton"la müddəti 2024-cü ilə qədər olan müqavilə imzalayan Alli "Tottenhem"i Liverpul təmsilçisinə dəyişəndən sonra cəmi 169 dəqiqə oyun zamanı qazanıb.
Daha öncə "Everton"un baş məşqçisi sözügedən futbolçunu dəstəkləyərək bu komandanın onun üçün yeni şans olduğunu söyləmişdi.
Nihat