Niderland millisinin baş məşqçisi Lui van Qal həmyerlisi Erik ten Haqın adının "Mançester Yunayted"lə yanaşı çəkilməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, van Qal 2014-2016-cı illər aralığında baş məşqçisi olduğu "qırmızı şeytanlar"ı ten Haq üçün uyğun yer saymadığını deyib.
AD onun söylədiklərini belə çatdırıb: "Erik ten haq əla məşqçidir və bunu bir yox, bir neçə dəfə isbatlayıb. "Mançester Yunayted" isə kommersiya klubudur. Məşqçi üçün belə klublarda nəyəsə nail olmaq çətin məsələdir. Ondansa, futbol klubuna getsin... Ten Haqa menecerlik etmək niyyətndə deyiləm. İstəsə, özü mənə zəng vuracaq. Amma söylədiyim kimi, özü üçün kommersiya yox, futbol klubu seçməlidir".
Ten Haqın mövsümün sonunda MY-nin baş məşqçi posrtunu tutacağıyla bağlı informasiyalar yayılıb.
Nihat