Portuqaliya Qətərdə keçiriləcək dünya çempionatının pley-off mərhələsində İtaliyanın "cəllad"ı olan Şimali Makedoniya ilə qarşılaşmaya hazırlaşır.
Fanat.Az xəbər verir ki, portəgizlərin baş məşqçisi Fernandu Santuş “Draqao”da baş tutacaq matç öncəsi mətbuat konfransında maraqlı açıqlama verib.
68 yaşlı mütəxəssis zarafatla deyib ki, yaşlı olduğu üçün güclü emosiyalara tab gətirə bilməz: "Mən falçı deyiləm, necə olacağını bilmirəm. İstədiyim odur ki, komandam qalib gəlsin. Görüşdə əziyyət çəksək də, çəkməsək də, qələbə qazanacağımıza inanıram. Təbii ki, əziyyət çəkməməyi üstün tuturam, çünki yaşlı adamam və ürəyim belə şeyə dözmür. İstəyirəm ki, qalib gələk. Futbolçularımın və bütün portuqaliyalıların istədiyi budur".
Portuqaliya - Şimali Makedoniya oyunu sabah Bakı vaxtı ilə 22:45-də başlayacaq.
Mirağa