Gürcüstan millisinin futbolçusu Davit Volkov səfərdə Albaniyaya qarşı keçirəcəkləri yoldaşlıq oyunu ilə bağlı açıqlama verib.
Fanat.Az xəbər verir ki, "Zirə" klubunun hücumçusu ardıcıl 4 qələbədən sonra yığmada yaxşı əhval-ruhiyyənin hökm sürdüyünü bildirib:
"Taktiki cəhətdən düzgün oynamaq, baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirmək və bütün oyunlarda qalib gəlmək istəyirik. Əminəm ki, Albaniya ilə yaxşı yoldaşlıq matçı olacaq. Çalışacağıq ki, bu görüşü də qələbə ilə başa vuraq və Millətlər Liqasını yaxşı ab-havada qarşılayaq".
Albaniya - Gürcüstan qarşılaşması martın 29-da gerçəkləşəcək.
Qeyd edək ki, Davit Volkov hazırda 10 qolla Azərbaycan Premyer Liqasının bombardiridir.