"Barselona"nın prezidenti Joan Laporta "Atletiko Madrid"in hücumçusu Joau Feliksin oyununu bəyəndiyini bildirib.
Fanat.Az xəbər verir ki, "Sport.es" klub başqanının söylədiklərini belə çatdırıb:
"Feliksin sərgilədiyi oyun çox xoşuma gəlir. Ona heyranam, əla futbolçudur. Antuan Qrizmannla Joaunu dəyişmək varintı? Hə, bunu müzakirə etmişik. Amma "Atletiko" Felikslə vidalaşmaq niyyətində deyil".
Feliks Madrid təmsilçisinə 2019-cu ildə "Benfika"dan transfer olunub. Portuqaliya millisinin də üzvü olan 22 yaşlı forvard bu mövsüm İspaniya çempionatında 21 matça çıxıb. Ön xətt oyunçusu bu görüşlərdə 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat