"Real Madrid"in sabiq hücumçusu Raul Qonsales əfsanəsi sayıldığı İspaniya nəhənginin baş məşqçisi olmaq arzusundan danışıb.
Fanat.Az xəbər verir ki, "Marca" onun söylədiklərini belə çatdırıb:
"Real"ı çalışdırmaq mənim arzumdur. Hər gün bu arzuma doğru bir qədər də irəliləyirəm. Hazırda klubun strukturundayam və ciddi çağırışa hazır olmaq üçün öz üzərimdə işləyirəm. Mənə ehtiyac olub-olmadığını isə zaman göstərəcək".
Nihat