Uqanda millisinin müdafiəçisi Bevis Muqabi Kriştianu Ronaldunun rekordunu qırması barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, Uqanda Futbol Federasiyasının saytına danışan arxa xətt oyunçusu həmin vaxt baş verənləri belə xatırlayıb:
"Düzü, ağlıma da gəlməzdi ki, bunu bacarmışam. Rekord yeniləmək fikrim yox idi. Heç bu barədə düşünmürdüm də... Sadəcə, komandamın 3 xal qazanması üçün bütün diqqətimi oyuna yönəltmişdim. Matçdan sonra qardaşım mənə zəng etdi və Ronaldudan daha yüksəyə sıçrayaraq fərqləndiyimi dedi. Şadam ki, bizim üçün çox önəmli olan görüşdə qələbə qolunu vurmuşam".
26 yaşlı Muqabi ötən il Şotlandiya Premyer Liqasında 8 fut 6 düym hündürlüyə qalxaraq rəqib qapısına yol tapmışdı. Bunadək ən yaxşı belə nəticə Ronalduya məxsus idi. Portuqaliyalı superulduz 2019-cu ildə, "Yuventus" formasıyla "Sassuolo"nu yerdən 8 fut 5 düymlük məsafəyə tullanaraq cəzalandırmışdı.
Nihat