Mauro İkardinin ailəsində yenidən problemlər yaşanır.
Fanat.Az xəbər verir ki, "MSN Deportes" saytı futbolçunun xanımının Mauroya xəyanət etdiyini iddia edir.
Xəbərə görə, Vanda Naranın keçən qış mühafizəçilərindən biri ilə eşq münasibəti yaşayıb.
Dekabr ayında Vanda bacısı Zairanın təşkil etdiyi özəl ziyafətə qatılıb. Futbolçunun 32 yaşlı cangüdəni Aqustin Lonqeyran gecə boyu Vandanı müşaiyət edib. Yerli paparatsilərin məlumatına görə, cangüdən gecəni İkardinin həyat yoldaşı ilə eyni otaqda keçirib.
Qeyd olunur ki, argentinalı model sevgi macəralarına görə Maurodan qisas almağa və qısqanclıq hissi yaratmağa çalışıb. Onun planı işə yarayıb və İkardi həmin cangüdənini işdən azad edib.
Emin