Rusiya Futbol İttifaqı ölkə millisi ilə yoldaşlıq görüşləri keçirmək üçün mümkün rəqiblərin adlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə "RPL. Futbol Rossii" portalı məlumat yayıb:
"Avropalılarla danışıqlar aparmaq çətin olacaq, lakin Çin, İran, Özbəkistan, Qazaxıstan, hətta KXDR bizim komandalarla oynaya bilər. Bu, rusiyalı futbolçuların müəyyən səviyyədə hazırlığını saxlamağa kömək edəcək"
Xatırladaq ki, FİFA və UEFA fevralın 28-də Rusiya yığmalarını və klublarını öz bayraqları altında keçirilən beynəlxalq turnirlərdən kənarlaşdırıb.
Emin