Niderland millisinin keçmiş hücumçusu Rud van Nistelroyun PSV-nin baş məşqçi postuna təyinatı rəsmiləşib.
Fanat.Az xəbər verir ki, bu barədə Eyndhoven klubunun rəsmi saytı açıqlama yayıb.
46 yaşlı mütəxəssislə 2025-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb. Ancaq o, cari mövsüm başa çatdıqdan sonra komandanın sükanı arxasına keçəcək. Nistelroy bu vəzifədə Roger Şmitdi əvəzləyəcək.
Mirağa