"Mançester Yunayted"in sabiq müdafiəçisi Yap Stam "qırmızı şeytanlar"ın sıralarına dönmək, klubun strukturunda çalışmaq istədiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Betting Expert" onun söylədiklərini belə çatdırıb:
"Mənə MY-də məşqçi və ya funksioner kimi çalışmaq təklif olunsa, düşünmədən razılaşaram. "Mançester Yunayted" mənim həyatımdır. Orada əla mövsümlər keçirmişəm, titullar qazanmışam. Bu kluba kömək etmək şansım olsa, heç vaxt qaçırmaram. Bilirəm, mənə belə bir təklif gələcəyi inandırıcı deyil... Amma sabah nə olacağını heç kim deyə bilməz. Bu, sadəcə, özünü MY-nin bir parçası sayan bütün sabiqlərin arzusudur".
Nihat