"Mançester Yunayted", "Çelsi" və Dortmund "Borussiya"sı "Napoli"nin oyunçusu Amir Rahmanini transfer etməyə çalışır.
Fanat.Az xəbər verir ki, bu iddia İtaliya mətbuatı çıxış edib.
"Calcio News"un iddiasına görə, "qırmızı şeytanlar" kosovalını heyətinə qatmaq üçün xüsusilə canfəşanlıq göstərir: "Mançester Yunayted" onu müdafiə xətti üçün ideal variant kimi görür. İngilislər Rahmaninin liderlik xüsusiyyətlərindən məmnundur və onun mükəmməl texnikası diqqəti cəlb edib.
Kosovodan olan mənbələrə istinad edən nəşr "Mançester Yunayted"in “Napoli”yə ən azı 30 milyon avro təklif edəcəyini yazıb.
Mövsümün ilk üç oyununu ehtiyat oyunçular skamyasında keçirməsini nəzərə almasaq, 28 yaşlı Rahmani "Napoli"nin əsas heyət üzvüdür. O, 35 oyunda 3 qol vurub.
Rahmani "Napoli"yə 2020-ci ilin yayında 14 milyon avroya keçib.
Mirağa