"Real Madrid" və "Liverpul" klubları "Bayern Münhen"in yarımmüdafiəçisi Serj Qnabri uğrunda mübarizəni davam etdirir.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış jurnalist Ekrem Konur yayıb.
Mənbə İspaniya və İngiltərə nəhənglərinin qarşı tərəfə təkliflər hazırladığını və mövsümün sonunda 26 yaşlı oyunçunu heyətə qatmağı hədəflədiklərini vurğulayıb.
Daha öncə "Yuventus"un da Serjlə maraqlandığı barədə informasiyalar yayılmışdı.
Qeyd edək ki, Qnabrinin "Bayern"lə olan müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq. O, Münhen təmsilçisi ilə yeni müqavilə ilə bağlı razılığa gələ bilmir. "Transfermarkt" portalı Almaniya millisinin üzvünün transfer qiymətini 70 milyon avro ilə dəyərləndirir.
Nihat