Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir ötən gün istefa verib.
Fanat.Az-ın məlumatına görə, "Posta"ya danışan 72 yaşlı futbol funksioneri qərarının səbəbini belə izah edib:
"Bu, bir anlıq hadisə deyildi. Uzun müddət beynimdə olan qərarı verdim. Keçən həftə iştirak etdiyim UEFA-nın iclaslarında bu məsələni qaldırdım və nəhayət qərarımı verdim. "Başakşehir" prezidenti Göksel Gümüşdağ istefa prosesində faktor olub. Mən sənin istədiyini etmədim. Bir çox yerdə istefa verməyimdə "Fənərbağça” və "Qalatasaray”ın rolu olduğu yazılsa da, bunun heç bir əsası yoxdur. Gəldiyim gündən bezmişəm. Mən olduqca əsəbi idim. İnanın bu adamlarla vaxt aparmağa dəyməz. İndiyə qədər yaxşı dayanmışam. Arbitraj Şurasının 13 rəsmisinin qərarı mənim istefa verməyimdə heç vaxt təsirli olmayıb. Təəssüf ki, yayım tenderini keçirə bilmədik. Qətərdə keçirdiyimiz son görüşdə işlər yaxşı getmədi. Bunu bütün səmimiyyətimlə deyə bilərəm. Hər vaxtınız xeyir, indi həyatımda yeni dövr başlayır”.
Qeyd edək ki, Nihat Özdemir 2019-cu ilin iyununda TFF prezidenti seçilib.
Xatırladaq ki, TFF-nin sədr müavini Sərvət Yardımçı müvəqqəti olaraq prezident vəzifəsini icra edəcək.