Ötən gün "Liverpul" Çempionlar Liqasının 1/4 finalında "Benfika"nı məğlub edib. Oyun 3:1 hesabı ilə başa çatıb. Qollardan birini Sadio Mane vurub.
Fanat.Az xəbər verir ki, bu, Manenin "Liverpul"un heyətində Çempionlar Liqasında vurduğu 22-ci qol olub.
Seneqallı hücumçu "Liverpul"un ÇL-dəki bombardirləri arasında 2-ci yerdə qərarlaşıb. Sadio hesabında 21 qol olan Stiven Cerrardı qabaqlayır. Birinci yerdə isə Məhəmməd Salahdır - 33 qol.
Emin