"Bayern Münhen"in baş məşqçisi Yulian Naqelsman komandasında görmək istədiyi futbolçuların adlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Amazon Prime" onun söylədiklərini belə çatdırıb:
"Şübhəsiz, Kilian Mbappe istənilən kollektiv üçün əla seçim olar. Frenki de Yonq da əla futbolçudur. Amma hər ikisi bizim maddi imkanlarımızın sərhədlərini aşır".
Qeyd edək ki, bu gün "Bayern Münhen" Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Vilyarreal"la səfər matçına çıxacaq.
Nihat