"Dinamo" (Kiyev) komandasının baş məşqçisi Mirça Luçesku futbolçuları Ukrayna Silahlı Qüvvələrinin əsgərlərindən nümunə götürməyə çağırıb.
Fanat.Az xəbər verir ki, rumın çalışdırıcı bu barədə Kiyev klubnun rəsmi saytına danışıb.
77 yaşlı mütəxəssis yoxlama oyunlarından əvvəl futbolçularda ruh yüksəkliyi yaratmağa çalışıb:
"Ukrayna əsgərləri döyüş meydanında qəhrəmancasına vuruşursa, siz bunu Ukrayna və xalqınız naminə futbol meydanında etməlisiniz. Rəqiblər sizə qarşı Çempionlar Liqasındakı rəsmi oyun kimi döyüşəcəklər".
"Dinamo" aprelin 12-də Rumıniyada Polşa "Legiya"sı ilə xeyriyyə oyunu keçirəcək. Bütün qarşılaşmalardan əldə edilən gəlir Ukraynaya kömək üçün köçürüləcək. Görüşlər Ukrayna və Avropa telekanalları vasitəsilə canlı yayımlanacaq. Layihəyə ölkə incəsənətinin tanınmış şəxsləri də cəlb olunacaq.
Nihat