"Mançester Yunayted" mövsümün sonunda "Ayaks"ın baş məşçisi Erik ten Haqa tapşırılacağı halda, İngiltərə millisinin sabiq çalışdırıcısı Stiv Maklaren onun köməkçilərindən biri olacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Guardian" yayıb.
Mənbə ten Haqın Maklarenlə bu barədə danışdığını və tərəflərin razılığa gəldiyini vurğulayıb.
Qeyd edək ki, Maklaren 1991-2001-ci illər aralığında MY-nin əfsanəvi baş məşqçisi Aleks Ferqyusonun köməkçisi olub.
Nihat