Futbol üzrə Rusiya Milli Futbol Liqasında 31-ci turun oyunları baş tutub.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçular Kamran Əliyev və David Qarayevin komandası “SKA-Xabarovsk” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə Moskva “Veles”inə qalib gəlib – 2:1.
Kamran 90+1-ci dəqiqədə meydana buraxılıb. Vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış Qarayev isə görüşə start heyətdə başlayıb və 68-ci dəqiqədə əvəzlənib.
“SKA-Xabarovsk” 31 turdan sonra 52 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.