Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
RMC saytı: "Monako"nun yarımmüdafiəçisi Orelyen Çuameni PSJ-nin davamlı marağına baxmayaraq, xarici kluba keçmək istəyir. 22 yaşlı futbolçu ilə "Real Madrid" və "Çelsi" maraqlanır. Monako Çouameni üçün ən azı 50 milyon avro istəyir.
Jurnalist Edrian Qrenye: "Layptsiq"in yarımmüdafiəçisi Kristofer Nkunku PSJ-yə qayıda bilər. Paris klubu Nkunku üçün 70 milyon avro təklif etməyə hazırdır. Kristofer Kilian Mbappe ilə dostdur və onu (Mbappeni) PSJ-də saxlamağa kömək edə bilər. "Milan", "İnter", Dortmund "Borussiya"sı, "Bayern Münhen", "Barselona", "Atletiko Madrid", Real Madrid" "Arsenal", "Mançester Yunayted" və "Mançester Siti" də Nkunkaya iddialıdır. "Layptsiq" klubu futbolçula bir neçə klub tərəfindən maraq olduğunu görüb on auksion sistemi ilə sata bilər.
"La Gazzetta dello Sport" nəşri: "Milan"ın isveçli hücumçusu Zlatan İbrahimoviç cari mövsüm başa çatdıqdan sonra karyerasını başa vura bilər. Futbolçu yalnız komandası çempionluq və ya İtaliya Kubokunu qazanacağı təqdirdə, bu addımı atmağa hazırdır.
AS nəşri: "Barselona" "Bayern Münhen"in hücumçusu Robert Levandovskini transfer etməyə hazırlaşır. Futbolçunun Kataloniya klubuna keçidi yay transfer pəncərəsində reallaşacaq. Bu sövdələşmənin həyata keçirilməsi üçün "blauqrana" Serjinyo Desti də qarşı tərəfə verməyə hazırdır.
Rusiyanın MOİK klubunun məşqçisi Qriqori Babayan Qazaxıstan yığmasına rəhbərlik etmək təklifi ilə bağlı yayılan məlumatlara münasibət bildirib: "Klubla mayın sonuna qədər qüvvədə olan müqaviləm var və bütün fikirlərim indi MOİK ilə bağlıdır".
Emin Şəmsiyev