İngiltərə Premyer Liqasının 19-cu turundan təxirə salınmış oyunda "Everton"un "Börnli"yə 2:3 hesabı ilə uduzması Liverpul təmsilçisinin fanatlarını özündən çıxarıb.
Fanat.Az xəbər verir ki, tərəfdarlar sosial şəbəkələrdə komandanı çıxardığı 8 matçdan 6-da məğlubiyyət görən baş məşqçini - Frenk Lempardı hədəfə alıb.
Yanvarda "Everton"la müddəti 2024-cü ilə qədər olan müqavilə imzalayan 43 yaşlı mütəxəssisin qovulmasını tələb edən azarkeşlərdən bir neçəsinin fikirlərini "Daily Mail" də oxucularına çatdırıb:
* "Lempard olmasa, İPL-də qalmaq şansımız var. Bu adamdan gecikmədən, elə bu gün qurtulmalısınız!"
* "Bərbad günə qalmışıq. Ardıcıl neçə oyundur ki, komanda özünü rüsvay etməklə məşğuldur. Müdafiədəki vəziyyət daha iyrəncdir. Lempardla bağlı məsələ həllini tapmayana qədər belə də davam edəcək".
* Bu adam nə etmək istədiyini özü də bilmir. Görünən budur ki, kimlərinsə uğursuz seçimi üzündən "Everton" qorxunc duruma düşüb. Əsas səbəbkar isə təbii ki, Lemparddır!"
Nihat