"Napoli"nin Batumi "Dinamo"sunun yarımmüdafiəçisi Xviça Kvaratsxeliyaya görə ödəmək istədiyi məbləğ açıqlanıb.
Fanat.Az xəbər verir ki, "Corriere dello Sport" Neapol təmsilçisininin gənc oyunçunu 8 milyon avro qarşılığında heyətə qatmağı hədəflədiyini vurğulayıb.
Mənbə 21 yaşlı gürcünün A Seriyası klubu ilə 5 illik müqavilənin şərtlərini razılaşdırdığını, tərəflərin artıq maaş məsələsiylə bağlı da ortaq məxrəcə gəldiyini bildirib.
Martda Kazan "Rubin"i ilə olan müqaviləsinə vaxtından əvvəl xitam verən Kvaratsxeliya Gürcüstan klubu ilə 2 illik anlaşma bağlayıb. "Transfermarkt" portalı onun transfer qiymətini 16 milyon avro ilə dəyərləndirir. Xviça Azərbaycan millisinin sabiq hücumçusunun - Badri Kvaratsxeliyanın oğludur.
Nihat