"Atletiko Madrid"in hücumçusu Luis Suaresin agentləri mümkün transferlə bağlı bir neçə klubla danışıqlar aparır.
Fanat.Az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Qeyd olunur ki, 35 yaşlı futbolçu üçün Türkiyə klubları müraciət edib. Söhbət “Fənərbağça” və “Beşiktaş”dan gedir. Hər iki klubla intensiv danışıqlar gedir.
Suares bu yay azad agent qismində yeni klub axtarışında olacaq.
Emin