"Real Madrid"in keçmiş qapıçısı və kapitanı İker Kasilyas sosial şəbəkələrdə İspaniya nəhənginin 34 yaşlı fransalı hücumçusu Kərim Benzemanın oyununa heyran qaldığını emosional paylaşımla göstərib.
Fanat.Az xəbər verir ki, Kasilyas "Twitter"də belə yazıb:
“Kərim Hörümçək Adamdır, Kərim canavardır, Kərim sənin ən yaxın dostundur! Kərim sənin nənəndir. Kərim Amerika Birləşmiş Ştatlarının prezidentidir. Kərim paraşütlə tullanma üzrə təlimatçıdır. Kərim sizin qoruyucu mələyinizdir. Kərim tanrıdır!”
Xatırladaq ki, Benzema bundan əvvəl UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin səfər oyununda - London “Çelsi”si ilə matçda (3:1) het-trik etmişdi. Fransalı hücumçu bu mövsüm "Real Madrid"in heyətində bütün turnirlərdə 36 oyuna çıxaraq 37 qol vurub və 13 məhsuldar ötürmə edib.
Emin