Futbol üzrə İngiltərə Premyer Liqasında 32-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyun günündə daha 4 matç keçirilib.
“Brentord” evdə “Vest Hem”i, “Norviç Siti” “Börnli”ni 2 cavabsız qolla yenib. “Lester Siti” də “Kristal Pelas” üzərində qələbəyə sevinib.
Turun mərkəzi qarşılaşması “Mançester Siti” ilə “Liverpul” arasında baş tutub. Bu oyunun nəticəsi turnir cədvəlində lideri dəyişə bilərdi. Amma dörd qolluq qarşılaşmada qalib müəyyənləşməyib.
İngiltərə Premyer Liqası
32-ci tur
10 aprel
Brentord – Vest Hem 2:0
Qollar: Mbeumo, 48. Toni, 64.
Lester Siti – Kristal Pelas 2:1
Qollar: Lukman, 39. Dyusberi-Holl, 45 – Zaha, 65.
Norviç Siti – Börnli 2:0
Qollar: Melu, 9. Pukki, 86.
Mançester Siti – Liverpul 2:2
Qollar: De Bröyne, 5. Jezus, 36 – Jota, 13. Mane, 46.
9 aprel
Everton – Mançester Yunayted 1:0
Qol: Qordon, 27.
Arsenal – Brayton 1:2
Qollar: Edeqor, 89 – Trossard, 29. Mvepu, 66.
Sauthempton – Çelsi 0:6
Qollar: M.Alonso, 8. Maunt, 16; 54. Verner, 21; 49. Haverts, 31.
Uotford – Lids 0:3
Qollar: Rapinya, 21. Rodriqo, 73. Harrison, 85.
Aston Villa – Tottenhem 0:4
Qollar: Son, 3; 66; 71. Kuluşevski, 50.
8 aprel
Nyukasl – Vulverhempton 1:0
Qol: Vud, 72-pen.