"Reyncers" bu yay "Mançester Yunayted"in futbolçusu Amad Diallo ilə icarə müqaviləsini yeniləməyəcək.
Fanat.Az "Football İnsider" portalına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu yanvarda icarə əsasında kluba qoşulduqdan sonra Şotlandiya çempionlarının heyətində debüt oyununda qol vurub.
Bununla belə, Diallo o vaxtdan bəri cəmi 5 dəfə oyuna çıxıb. "Reyncers" əsas heyət üzvünə çevrilməyi bacarmayan gənci mövsümün sonunda yenidən MY-yə göndərəcək.
Emin