"Mançester Yunayted"in və İngiltərə millisinin yarımmüdafiəçisi Cessi Linqard bu yay klubunu tərk edə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Mirror" yayıb.
Mənbənin məlumatına görə, 29 yaşlı ingilis futbolçu uğrunda mübarizəyə Turinin "Yuventus" klubu qoşulub.
Daha əvvəl məlum olmuşdu ki, Linqardın xidmətində “Vest Hem”, “Nyukasl”, “Milan” və “Roma” da maraqlıdır.
Linqard 2011-ci ildən “Mançester Yunayted”də çıxış edir. Yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 13 oyuna çıxıb və 2 qol vurub.
Emin