Rusiyalı biznesmen Roman Abramoviçin almaq istədiyi klubun adı açıqlanıb.
Fanat.Az xəbər verir ki, "Mirror" yəhudi əsilli iş adamının İspaniya "Valensiya"yasını almağı hədəflədiyi barədə informasiya yayıb.
Mənbə Abramoviçin "Çelsi"ni satandan sonra "yarasalar"ı alacağını vurğulayıb. "Valensiya"nın sahibi Piter Limin də bu sövdələşmənin əleyhinə olmadığını qabardan nəşr tərəflərin danışıqları indilik gizli saxladıqlarını bildirib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra Böyük Britaniyada yaşaması və işləməsinə qadağa qoyulan Abramoviç fevralın 26-da sahibi olduğu "zadəganlar"ın səhmlərini klubun Xeyriyyə Fonduna verib. Martın 2-də London təmsilçisini satmaq qərarına gəldiyini deyən iş adamına martın 10-da sanksiyalar tətbiq edildiyi və bütün aktivləri dondurulduğu üçün alqı-satqı məsələləri ilə bağlı müxtəlif problemlər yaranıb.
Nihat