Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
Roman Abramoviçin sözcüsü iş adamının "Valensiya"nı almaq planları ilə bağlı yayılan xəbərləri təkzib edib: “Məlumat həqiqətə uyğun deyil”
"Mundo Deportivo" nəşri: Usmane Dembele yeni müqavilə imzalamaq üçün "Barselona"dan yüksək məbləğdə pul mükafatı istəyir. Bu tələb 24 yaşlı fransalı futbolçu ilə İspaniya komandası arasında yeni müqavilənin imzalanmasını gecikdirə bilər.
"Daily Mail" nəşri: Kriştianu Ronaldu bu yay "Mançester Yunayted"i tərk edə bilər. Qeyd olunur ki, məsələ ilə bağlı yekun qərarı "qırmızı şeytanlar"ın sahibi Coel Qleyzer və klubun direktorlar şurası verəcək.
"Goal" saytı: "Çelsi"nin futbolçusu Romelu Lukakunun PSJ-yə transfer oluna bilər. Belçikalı hücumçunun agenti hazırda Fransa klubu ilə danışıqlar aparır.
"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri "Sky İtalia"ya: "Dibala və "Yuventus"un hekayəsi bitdi, çünki heç bir roman əbədi deyil. Həyatdır. Yaxşı münasibətimiz var, seçim artıq edilib. Paulo çox çalışır. O, hələ zədələrə görə optimal formasına çatmayıb, lakin qarşıdakı 40 gündə komandaya verə biləcəyi çox şey var. O, müqaviləsi başa çatan digər oyunçular kimi peşəkarlığını sübut edir”.
Emre Can: “Borussia Dortmund"un məni satmaq istədiyini oxumuşam. Ancaq mənə elə gəlir ki, həqiqətə uyğun deyil. Bu mövsüm yalnız bir səhv etmişəm və həmişə 90 dəqiqə oynayıram”.
Emin Şəmsiyev