Ukraynanın tanınmış futbol hakimi Yuri Nemçenko rus ordusuna qarşı döyüşdə həlak olub.
Fanat.Az xəbər verir ki, bu barədə "Sport.ua" saytı məlumat yayıb.
Yuri həm də Zaporojye Gənclər İdman Məktəbində məşqçi işləyirdi. O, müharibənin ilk günlərindən ölkənin müdafiəsinə qalxıb. Referi martın 31-də Zaporojye vilayətinin Qulyaypol şəhəri yaxınlığında həyatını itirib.
Mərhumun həyat yoldaşı və üç azyaşlı uşağı qalıb.
Emin