Futboldan ayrılmasına baxmayaraq, sabiq niderlandlı vinger Aryen Robben idmanla məşğul olmağa davam edir.
Fanat.Az xəbər verir ki, 38 yaşlı keçmiş yarımmüdafiəçi Rotterdam marafonuna qatılıb.
Veteran futbolçu 42195 kilometrlik marafonu 3 saat 13 dəqiqə 40 saniyəyə başa vurub.
Robben axsayaraq finiş xəttinə çatdığı yarışla bağlı fikirlərini bildirib: “Bu, o qədər də əyləncəli deyildi. Baxmayaraq ki, mən bunu əvvəllər də etmişəm. Çətin yarış idi. Qaçarkən insanlar sizə çox kömək edir. Bunun üçün hər kəsə təşəkkür edirəm".
#Wennemars en #Robben komen binnen bij #Demooiste. En Arjen is aan het doorbijten… 😉 Knap hoor! 👍🏻 #marathon pic.twitter.com/LSxe69KCza
— Olaf (@Olafvandijk) April 10, 2022
Mirağa